Azərbaycanda iki tikinti şirkəti birləşib

Azərbaycanda iki tikinti şirkəti birləşib Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda iki tikinti şirkəti birləşib.
Maliyyə
1138
27 Dekabr , 2018 09:16
Azərbaycanda iki tikinti şirkəti birləşib

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda iki tikinti şirkəti birləşib.

“Report” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, “Stil Tikinti” Mənzil-Tikinti Kooperativi “Şərur” Mənzil-Tikinti Kooperativinə qoşularaq ləğv olunduğunu elan edib.

Beləliklə, “Şərur” Mənzil-Tikinti Kooperativi “Stil Tikinti” Mənzil-Tikinti Kooperativinin ona qoşulması nəticəsində yenidən təşkil olunub.

2001-ci ildə yaradılmış “Şərur” MTK-nın qanuni təmsilçisi İsfəndiyar Məhəmməd oğlu Axundov, 2004-cü ildə fəaliyyətə başlayan “Stil Tikinti” MTK-nın isə qanuni təmsilçisi Mehti İsfəndiyar oğlu Axundovdur. 

Son xəbərlər

Orphus sistemi