Assosiasiya: "Azərbaycan fintexlərlə bağlı qlobal proseslərdən geri qalmır"

Assosiasiya: "Azərbaycan fintexlərlə bağlı qlobal proseslərdən geri qalmır" Azərbaycan fintexlərlə bağlı qlobal proseslərdən geri qalmır və ölkəmizdə bu sahə inkişaf edir.
Maliyyə
26 Oktyabr , 2023 10:41
Assosiasiya: Azərbaycan fintexlərlə bağlı qlobal proseslərdən geri qalmır

Azərbaycan fintexlərlə bağlı qlobal proseslərdən geri qalmır və ölkəmizdə bu sahə inkişaf edir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Baku Fintech Forum 2023" tədbirində "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin sədri Ruslan Talıbov bildirib.

"Azərbaycanda nağdsız əməliyyatların xüsusi çəkisi 54 %-ə çatıb. Bu ilin 8 ayında ölkədə 56 milyard ABŞ dolları dəyərində nağdsız ödəniş dövriyyəsi olub ki, bunun da təxminən 90 %-i debet kartlar vasitəsilə baş tutub. Ölkəmizdə bu sahədə atılan ən mütərəqqi addımlardan biri "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbul edilməsidir. Sənəd noyabrın 9-dan qüvvəyə minəcək, ondan sonra 6 ay ərzində sektorda şirkətlərin lisenziyalaşdırılması prosesi gedəcək. Qanunda fintex sektorunun inkişafı ilə bağlı bir neçə əhəmiyyətli addım öz əksini tapıb. Bunlardan biri də açıq bankçılıqdır. "Sand box" xüsusi tənzimləmə rejimi qanuna daxil edilib, təşkilatlara fəaliyyətə başladıqdan sonra Azərbaycan Mərkəzi Bankının nəzarəti altında qanunvericilikdə olmayan xidmətləri göstərmək imkanı yaradacaq", - deyə o qeyd edib.

"Dünyada ən maraqlı və gəlirli sektorlardan biri maliyyə-bank xidmətləridir. Hazırda bu sektor qlobal səviyyədə təxminən 12 trilyon ABŞ dolları məbləğində gəlirə sahibdir. Bunun 2,3 trilyon ABŞ dolları sektorun mənfəətidir. 2030-cu ildə gəlirin 21,9 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Burada da fintexlərin payı təxminən 1,5 trilyon ABŞ dolları olacaq", - deyə R.Talıbov əlavə edib.

Son xəbərlər

Orphus sistemi