“Assist Finance investisiya Şirkəti” nizamnamə kapitalını artırır

Maliyyə
  • 05 mart, 2024
  • 06:55
“Assist Finance investisiya Şirkəti” nizamnamə kapitalını artırır

“Assist Finance İnvestisiya Şirkəti” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) yeni səhmlərini yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 350 manat olan 143 ədəd, yəni 50 050 manatlıq adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri emitent özüdür. Qiymətli kağızlar tam yerləşdirilsə, investisiya şirkətinin nizamnamə kapitalı 14,3 % artaraq 350 000 manatdan 400 050 manata çatacaq.

Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti" 2018-ci ildən fəaliyyət göstərən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.