“Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 7 %-ə yaxın artıb

Maliyyə
  • 20 may, 2025
  • 09:28
“Assist Finance İnvestisiya Şirkəti”nin xalis mənfəəti 7 %-ə yaxın artıb

“Assist Finance İnvestisiya Şirkəti” ASC 2024-cü ili 700 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 6,5 % çoxdur.

Ötən il “Assist Finance”ın vergiyəqədərki mənfəəti 876 min manat (illik müqayisədə 6,7 % çox), mənfəət vergisi ödəmələri isə 176 min manat (7,3 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Assist Finance”ın aktivləri 9,093 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 dəfə çoxdur. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 5,25 dəfə artaraq 7,761 milyon manata, balans kapitalı isə 11,9 % artaraq 1,332 milyon manata, o cümlədən nizamnamə kapitalı 14,3 % artaraq 400 min manata çatıb.

Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti" 2018-ci ildən fəaliyyət göstərən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.