“Assist Finance İnvestisiya Şirkəti”nin aktivləri 30 %-ə yaxın azalıb
- 07 may, 2024
- 11:36
Yeniliklərdən dərhal xəbərdar olun!
“Assist Finance İnvestisiya Şirkəti” ASC 2023-cü ili 657 min manat xalis mənfəətlə başa vurub.
“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 6,6 dəfə çoxdur.
Ötən il “Assist Finance”ın vergiyəqədərki mənfəəti 820 min manat (illik müqayisədə 6,6 dəfə çox), mənfəət vergisi ödəmələri isə 164 min manat (6,8 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Assist Finance”ın aktivləri 2,673 milyon manat olub ki, bu da illik müqayisədə 28,8 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 37,5 % azalaraq 1,482 milyon manat, balans kapitalı isə 13,9 % azalaraq 1,191 milyon manat, o cümlədən nizamnamə kapitalı 65 % azalaraq 350 min manat təşkil edib.
Xatırladaq ki, “Assist Finance İnvestisiya Şirkəti" 2018-ci ildən fəaliyyət göstərən "BTB Kapital İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir. Bu maliyyə qurumunu "Bank BTB" ASC yaradıb, sonradan onu investisiya şirkətinin keçmiş direktoru Ruslan Cəfərova satıb. Bundan bir qədər sonra o, direktor vəzifəsindən gedib və maliyyə qurumuna rəhbərliyi indiyə qədər müavini olan Cəfər İbrahimliyə həvalə edib.