“Asel Kredit”in aktivləri 19% azalıb

“Asel Kredit”in aktivləri 19% azalıb Bakı. 16 noyabr. REPORT.AZ/ “Asel Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 18,9% azalaraq bu il yanvarın 1-nə 6,279 mln. manat təşkil edib.
Maliyyə
5259
16 Noyabr , 2018 12:00
“Asel Kredit”in aktivləri 19% azalıb

Bakı. 16 noyabr. REPORT.AZ/ “Asel Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 18,9% azalaraq bu il yanvarın 1-nə 6,279 mln. manat təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Asel Kredit”in müştərilərə verdiyi xalis kreditlər 27,75% azalaraq 4,207 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 22,3% azalaraq 5,203 mln. manat, cəmi kapitalı isə 2,7% artaraq 1,076 mln. manat olub.

“Asel Kredit” 2017-ci ili 14 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı ilə nisbətən təxminən 6 dəfə azdır. 

Son xəbərlər

Orphus sistemi