ASA-nın nəzdindəki komitələrin statusu artırıla bilər

ASA-nın nəzdindəki komitələrin statusu artırıla bilər Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) fəaliyyət göstərən komitələrin sədrləri ilə görüş keçirilib.
Maliyyə
18 Aprel , 2018 17:18
ASA-nın nəzdindəki komitələrin statusu artırıla bilər

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) fəaliyyət göstərən komitələrin sədrləri ilə görüş keçirilib.

“Report” ASA-ya istinadən xəbər verir ki, görüşdə qurumun sədri Mustafa Abbasbəyli, onun müavini və digər əməkdaşları iştirak edib. 

Görüş zamanı komitələrin fəaliyyəti, burada müzakirə olunmuş məsələlər, cari müzakirələr və əldə edilən nəticələr haqqında məlumat verilib. Həmçinin komitələrin statusunun artırılması və fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, komitə çərçivəsində qəbul edilən qərarlara dair müraciətlərin birbaşa olaraq müvafiq orqanlara ünvanlanması məsələsi müzakirə predmeti olub.

ASA-nın sədri qeyd edib ki, komitələrin fəaliyyətindən gözləntilər çoxdur və bunun üçün hər cür dəstək təmin ediləcək. Bunun üçün birliyə komitələrlə işləmək üçün xüsusi əməkdaş da işə cəlb edilib.

Qeyd edək ki, bir müddət öncə ASA-nın nəzdində fəaliyyət göstərən hər 3 komitənin yeni sədrləri və üzvləri formalaşdırılıb. Hüquq komitəsinin sədri “Atəşgah Sığorta” ASC-nin Hüquqi təminat şöbəsinin müdiri Səbuhi Mikayılov, Həyat komitəsinin sədri “PAŞA Həyat Sığorta” ASC-nin Risklərin idarəedilməsi departamentinin müdiri Fərid Abdullayev və Qeyri-həyat komitəsinin sədri “Paşa Sığorta” ASC-nin Anderraytinq və təkrarsığorta departamentinin meneceri Fərid Hidayətovdur. 

Son xəbərlər

Orphus sistemi