ASA: "Bu il Azərbaycanda sığorta haqları 1 milyard manatı keçəcək"

ASA: "Bu il Azərbaycanda sığorta haqları 1 milyard manatı keçəcək" "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi bu il Azərbaycanda sığorta haqlarının 1 milyard manatı keçəcəyini proqnozlaşdırır.
Maliyyə
24 Avqust , 2023 11:41
ASA: Bu il Azərbaycanda sığorta haqları 1 milyard manatı keçəcək

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi bu il Azərbaycanda sığorta haqlarının 1 milyard manatı keçəcəyini proqnozlaşdırır.

"Report" xəbər verir ki, bunu qurumun icraçı direktoru Elmar Mirsalayev bildirib.

"Bu ilin I yarısında sığorta bazarındakı artıma nəzər salsaq, 2023-cü ili yüksək artımla başa vuracağımızı deyə bilərik", - deyə o qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 970,823 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2021-ci ilə nisbətən 15 % çoxdur.

Bu ilin I yarısında isə sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 32 % çox - 648,945 milyon manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi