“AS Aqro”nun dəstəyi ilə Bakıda intellektual “Caspian Cup” turniri keçirilib

“AS Aqro”nun dəstəyi ilə Bakıda intellektual “Caspian Cup” turniri keçirilib Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 8-10-da Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə intellektual oyunlar üzrə yeddinci beynəlxalq “Caspian Cup 2018” turniri keçirilib. Həm yerli, həm də xarici bilicilər “Nə? Harada? Nə zaman?”, “Xəmsə” və “Breyn-Rinq” yarışlarında ən güclü adı uğrunda mübarizə aparıblar.
Maliyyə
12 İyun , 2018 13:27
“AS Aqro”nun dəstəyi ilə Bakıda intellektual “Caspian Cup” turniri keçirilib

Bakı. 12 iyun. REPORT.AZ/ İyunun 8-10-da Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə intellektual oyunlar üzrə yeddinci beynəlxalq “Caspian Cup 2018” turniri keçirilib. Həm yerli, həm də xarici bilicilər “Nə? Harada? Nə zaman?”, “Xəmsə” və “Breyn-Rinq” yarışlarında ən güclü adı uğrunda mübarizə aparıblar.

“AS Qrup İnvestment” şirkətlər qrupuna aid “AS Aqro” şirkətinin də dəstək olduğu bu turnir çərçivəsində həm də “Ağıllı şəhər – Bakı” layihəsi ilə birgə həvəskarlar arasında da “Nə? Harada? Nə zaman?” oyunu üzrə Açıq Azərbaycan Çempionatı keçirilib. Qaliblərə “AS Aqro” tərfindən hədiyyələr təqdim olunub.

“Caspian Cup” turnirinin “Nə? Harada? Nə zaman?” oyunu üzrə birinci yerin qalibi olan Rusiyanın məşhur bilicisi Maksim Potaşovun “Afina” komandası həm də turnirin ən yaxşı komandası kimi “AS Aqro”-nun xüsusi mükafatı ilə təltif olunub.

"Abşeron Aqro Park" meyvə və tərəvəz istehsalı, çeşidlənməsi, qablaşdırılması, saxlanması və logistikası zəncirini həyata keçirən bir layihədir. 330 hektar ərazini əhatələndirən aqroparkın 1/3 hissəsində istixana kompleksinin fəaliyyəti nəzərdə tutulur və artıq təxminən 10 hektar ərazisində istixana sistemi artıq istifadəyə verilib. İstixanalar Türkiyə, Hollandiya, İsraildən alınan ən müasir texnologiyalarla təhciz olunub.

Son xəbərlər

Orphus sistemi