“PAŞA Bank”da paylar dəyişib

“PAŞA Bank”da paylar dəyişib “PAŞA Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
Maliyyə
2020
28 Oktyabr , 2020 10:40
“PAŞA Bank”da paylar dəyişib
PAŞA Bank / Report

“PAŞA Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.

“Report” xəbər verir ki, bu, Bankın nizamnamə kapitalının 21 511 800 manat və yaxud 6,5% artırılaraq 333 000 000 manatdan 354 511 800 manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün “PAŞA Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhmin 49-nu Bankın əsas səhmdarı – “PAŞA Holdinq” MMC, 597-ni isə digər səhmdar – Arif Paşayev alıb. 3-cü səhmdar – “Ador” MMC isə prosesdə iştirak etməyib.

Son nəticədə “PAŞA Holdinq”in “PAŞA Bank”dakı payı 60%-dən 56,82%-ə, “Ador”un payı isə 30%-dən 28,18%-ə düşüb, A.Paşayevin payı isə 10%-dən 15%-ə çatıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb.

“PAŞA Bank”ın səhmdarlarının pay bölgüsü

Səhmdarlar

Əvvəl

İndi

Səhm sayı

Faiz nisbəti

Səhm sayı

Faiz nisbəti

“PAŞA Holdinq” MMC

6 000

60,00%

6 049

56,82%

“Ador” MMC

3 000

30,00%

3 000

28,18%

Arif Paşayev

1 000

10,00%

1 597

15,00%

Cəmi

10 000

100,00%

10 646

100,00%

Nizamnamə kapitalı

333 000 000 manat

354 511 800 manat

Son xəbərlər

Orphus sistemi