ARDNF təkliflər sorğusu keçirir

ARDNF təkliflər sorğusu keçirir Məqsəd Hasilat Sənayesində Şəffaflıq üzrə komissiyanın rəsmi internet səhifəsinin yaradılmasıdır
Maliyyə
1544
4 İyul , 2017 11:22
ARDNF təkliflər sorğusu keçirir

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Hasilat Sənayesində Şəffaflıq üzrə komissiyanın rəsmi internet səhifəsinin yaradılması üçün təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 24-nə qədər Fondun Bakl şəhəri, Heydər Əliyev prospekti, 165 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər.

Təkliflərə iyulun 25-də, saat 11.00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Ülviyyə Mehralıyevadır. Telefon: (012) 498 77 53, daxili nömrə 18 05, Faks: (012) 565 87 55, E-poçt: [email protected]

Son xəbərlər

Orphus sistemi