ARDNF qısamüddətli istiqrazlara investisiyalarını artırıb
- 26 oktyabr, 2022
- 06:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 31,6 %-i 1 ilə qədər müddətə yerləşdirilib.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
2021-ci ilin 9 aylıq göstəriciləri ilə müqayisədə 1 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 0,9 faiz bəndi artıb.
Məlumata görə, ötən il Fondun investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 33,6 %-i 1 ildən 3 ilə qədər, 14,6 %-i 3 ildən 5 ilə qədər, 20,2 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib.
Ötən il ərzində 1 ildən 3 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 2,1 faiz bəndi artıb, 3 ildən 5 ilə qədər müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 1,2 faiz bəndi azalıb.
İl ərzində 5 ildən artıq müddətə yerləşdirilən istiqrazlar və digər pul bazarı alətlərinin payı 1,8 faiz bəndi azalıb.