ARDNF-nin istiqrazlarının 24 %-i 1 ilə qədər müddətə yerləşdirilib

Maliyyə
  • 16 yanvar, 2024
  • 10:07
ARDNF-nin istiqrazlarının 24 %-i 1 ilə qədər müddətə yerləşdirilib

2023-cü ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqraz və digər pul bazarı alətlərinin 24 %-i 1 ilə qədər müddətə yerləşdirilib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, Fondun investisiya qoyduğu istiqraz və digər pul bazarı alətlərinin 26 %-i 1 ildən 3 ilə qədər, 22,4 %-i 3 ildən 5 ilə qədər, 27,6 %-i isə 5 ildən artıq müddətə yerləşdirilib.

2022-ci ilin sonu ilə müqayisədə 1 ilə qədər müddətə yerləşdirilən istiqraz və digər pul bazarı alətlərinin payı 1,5 % bəndi artıb, 1-3 il müddətinə yerləşdirilən istiqraz və digər pul bazarı alətlərinin payı 6,1 faiz bəndi azalıb, 3-5 il müddətinə yerləşdirilən istiqraz və digər pul bazarı alətlərinin payı 5,1 faiz bəndi artıb, 5 ildən artıq müddətə yerləşdirilən istiqraz və digər pul bazarı alətlərinin payı 0,5 faiz bəndi azalıb.

44 - Tezliklə