ARDNF Koreya vonunu investisiya portfelindən çıxarıb

ARDNF Koreya vonunu investisiya portfelindən çıxarıb Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 42 995,6 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,1% çoxdur.
Maliyyə
27 Oktyabr , 2020 13:01
ARDNF Koreya vonunu investisiya portfelindən çıxarıb

Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 42 995,6 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 1,1% çoxdur.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Hesabat tarixinə ARDNF-in investisiyalarının 68,4%-i ABŞ dollarında yerləşdirilib. Bu, illik müqayisədə 13,7 faiz bəndi çoxdur. Əvəzində Fond investisiya portfelində avronun payını 33,8%-dən 20,5%-ə endirib, ingilis funt sterlinqinin payını isə 4,9%-dən 5,1%-ə qaldırıb.

Sentyabrın sonuna portfeldə Avstraliya dollarının payı 0,6% (0,1 faiz bəndi çox), türk lirəsinin payı 0,6% (0,2% faiz bəndi az), rus rublunun payı 0,5% (0,2 faiz bəndi az), Çin yuanının payı 1,2% (0,1% çox), yapon yeninin payı 1,5% (0,1 faiz bəndi az), digər xarici valyutaların payı isə 1,6% (0,1 faiz bəndi az) təşkil edib, Koreya vonunun payı isə 0%-ə endirilib.

İl ərzində ARDNF-in istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiyalarının xüsusi çəkisi 4,4% bəndi azalaraq 65,2%-ə düşüb. Əvəzində Fond investisiya portfelində səhmlərin payını 13,4%-dən 14,4%-ə, daşınmaz əmlakın payını 5,6%-dən 6%-ə, qızılın payını isə 11,4%-dən 14,4%-ə dəyişib.

Oktyabrın 1-nə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 57%-i AAA reytinqli olub. Bu, 1 il əvvələ nisbətən 17,6% faiz bəndi çoxdur. Əvəzində Fond AA reytinqi alətlərin xüsusi çəkisini 18,9%-dən 12,3%-ə, A reytinqi alətlərin xüsusi çəkisini 29,8%-dən 21,3%-ə, BBB reytinqli alətlərin xüsusi çəkisini 10,5%-dən 8,2%-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 1,4%-dən 1,2%-ə endirib.

Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 33,2%-i 1 ilə qədər, 33,9%-i 1 ildən 3 ilə qədər, 20,8%-i 3 ildən 5 ilə qədər, 12,1%-i isə 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 31,6%, 38,6%, 20,1%9,7% təşkil edib.

Sentyabrın sonuna Fondun investisiyalarında Avropa ölkələrinin payı 29,4%, Asiya-Sakit Okean regionu ölkələrinin payı isə 35,5% təşkil edib. Bu rəqəmlər ötən il sentyabrın sonuna müvafiq olaraq 35,45%33,25% olub.

Digər regionlardan Şimali Amerikanın payı 23,7%-dən 26,6%-ə, Avstraliya və Yeni Zelandiyanın payı 2,1%-dən 1,1%-ə, beynəlxalq maliyyə təşkilatlarının payı 4,7%-dən 6,3%-ə dəyişib, Yaxın Şərq regionunun payı 0,7%-dən 1,05%-ə qalxıb, Cənubi Amerika regionunun payı isə 0,5%-dən 0,4%-ə düşüb.

Rüb ərzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 63,85%-dən 61,55%-ə düşüb, inkişaf etməkdə olan ölkələrin payı isə 31,4%-dən 32,15%-ə qalxıb.

Son xəbərlər

Orphus sistemi