ARDNF investisiya portfelində rus rublunun payını azaldıb
- 19 aprel, 2022
- 05:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin birinci rübündə investisiya portfelində Rusiya rublunun payını ikiqat azaldıb.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu ilin birinci rübündə ARDNF-in investisiya portfelinin dəyəri 45,263 milyard ABŞ dolları təşkil edib ki, bu ötən ilin ilk rübünün sonu ilə müqayisədə 5,85 % çoxdur.
Fondun investisiyalarının 70 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 1,4 faiz bəndi çoxdur.
Hesabat dövründə investisiya portfelində avronun payı 19,7 %-dən 19,5 %-ə, ingilis funt sterlinqinin payı 5,2 %-dən 4,8 %-ə düşüb.
Bu müddət ərzində Avstraliya dollarının payı dəyişməyərək 0,6 % səviyyəsində qalıb, türk lirəsinin payı 0,6 %-dən 0,4 %-ə düşüb, Rusiya rublunun payı 0,6 %-dən 0,3 %-ə düşüb.
Bu ilin ilk rübündə Çin yuanının payı dəyişməyərək 1,3 % əviyyəsində qalıb, yapon yeninin payı 1,5 %-dən 1,1 %-ə düşüb, digər xarici valyutaların payı isə 1,9 %-dan 2 %-ə çatıb.
Bu il aprelin 1-nə ARDNF-in aktivləri 45 milyard 263,99 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il aprelin 1-i ilə müqayisədə 5,85 % çoxdur.