ARDNF investisiya portfelində dolların payını azaldıb

Maliyyə
  • 16 yanvar, 2024
  • 09:38
ARDNF investisiya portfelində dolların payını azaldıb

2023-cü ilin yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 56 milyard 65,44 milyon ABŞ dolları təşkil edib.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Bu, 2022-ci ilin yekunu ilə müqayisədə 7 milyard 32,73 milyon ABŞ dollar və yaxud 14,3 % çoxdur.

ARDNF-in investisiyalarının 67,5 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 1,1 faiz bəndi azdır. Əvəzində investisiya portfelində avronun payı 0,8 faiz bəndi artaraq 21,2 faiz bəndi olub.

Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin pay 0,1 faiz bəndi artaraq 5,3 % olub. Avstraliya dollarının payı 0,1 faiz bəndi artaraq 0,7 % olub, türk lirəsinin payı isə 0,4 %-dən 0,2 %-ə düşüb.

Rusiya rublunun payı 0,3 %-dən 0,2 %-ə, Çin yuanının payı isə 1,1 %-dən 1 %-ə düşüb. Əvəzində yapon yeninin payı 1,3 %-dən 1,4 %-ə, digər xarici valyutaların payı isə 2,1 %-dən 2,5 %-ə qalxıb.