ARDNF investisiya portfelində dolların payını artırıb

ARDNF investisiya portfelində dolların payını artırıb Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 44,104 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 3,4% çoxdur.
Maliyyə
27 İyul , 2021 14:27
ARDNF investisiya portfelində dolların payını  artırıb

Bu il iyulun 1-nə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 44,104 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 3,4% çoxdur.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 68,6 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,2 faiz bəndi çoxdur.

Əvəzində investisiya portfelində avronun payı isə 0,4 faiz bəndi azalaraq 20,3%-dən 19,9 %-ə düşüb.

Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin pay dəyişməyərək 4,9% qalıb, Avstraliya dollarının payı 0,5%-dən 0,6%-ə, türk lirəsinin payı 0,7%-dən 0,6%-ə, Rusiya rublunun payı 0,6%-dan 0,7%-ə, Çin yuanının payı 1,2%-dən 1,3%-ə, yapon yeninin payı 1,5%-dən 1,4%-ə, digər xarici valyutaların payı isə 1,4%-dən 2%-ə dəyişib.

Son xəbərlər

Orphus sistemi