ARDNF investisiya portfelində Avropaya investisiyaların payını artırıb
- 16 yanvar, 2024
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 30,5 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı 14,8 % olub.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Bu rəqəmlər 2022-ci ilin sonunda müvafiq olaraq 29,6 % və 16 % təşkil edib.
Digər regionlardan Şimali Amerikanın payı 33,4 %-dən 32,7 %-ə düşüb, Avstraliya və Yeni Zelandiyanın payı 0,8 %-dan 0,7 %-ə, Yaxın Şərq regionunun payı 0,4 %-dən 0,3 %-ə dəyişib, Cənubi Amerika regionunun payı isə dəyişməyərək 0,1 % qalıb.
Həmçinin, Fondun investisiyalarında Afrika regionunda da payı 0,1 % olub.
2023-cü ilin sonuna ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 63,9 %-dan 64,8 %-ə qalxıb.
Bu müddətdə inkişaf etməkdə olan ölkələrin payı 16,4 %-dan 14,4 %-ə düşüb, beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,6 %-dən 8,8 %-ə çatıb.
Qalan 12 %-lik pay isə qızıla aiddir. 2022-ci ilin sonuna bu rəqəm 12,1 % təşkil edib.