ARDNF investisiya portfelində ABŞ dollarının payını 67 %-ə endirib
- 18 oktyabr, 2024
- 14:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 61 milyard 190,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il oktyabrın 1-i ilə müqayisədə 5 milyard 666,8 milyon ABŞ dolları və yaxud 10,2 % çoxdur.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, sentyabrın sonuna ARDNF-in investisiyalarının 67 %-i ABŞ dollarında olub. Bu, 1 il əvvələ nisbətən 3,3 faiz bəndi azdır.
Əvəzində investisiya portfelində avronun payı 19,2 %-dən 20,3 %-ə, ingilis funt sterlinqinin payı isə 4,9 %-dən 5,1 %-ə qalxıb.
İl ərzində yapon yeninin payı dəyişməyərək 1,4 % qalıb, Çin yuanının payı isə 1 %-dən 2,6 %-ə yüksəlib.
İnvestisiya portfelində digər xarici valyutaların payı isə 3,2 %-dən 3,6 %-ə qalxıb.