ARDNF investisiya portfelində "AAA" reytinqli alətlərin payını 69 %-ə çatdırıb
- 19 iyul, 2022
- 06:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiya portfelinin 68,7 %-i "AAA" reytinqli olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 faiz bəndi çoxdur.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, bu ilin 6 ayı ərzində ARDNF investisiya portfelində "AA" reytinqi alətlərin xüsusi çəkisini 14,1 %-dən 15,7 %-ə qaldırıb, "A" reytinqi alətlərin xüsusi çəkisini 19,8 %-dən 10,2 %-ə endirib.
Bundan başqa, Fond "BBB" reytinqli alətlərin xüsusi çəkisini 8,7%-dən 4,6 %-ə, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisi isə 1,2 %-dən 0,8 %-ə endirib.
Bu il iyulun 1-nə ARDNF-in aktivləri 45 milyard 306,8 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən il iyulun 1-i ilə müqayisədə 0,6 % çoxdur.