ARDNF-in investisiya portfelində əksər valyutaların payı azalıb
- 18 aprel, 2023
- 10:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 53 milyard 437,21 milyon ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8 milyard 173,88 milyon ABŞ dolları və ya 18,05 % çoxdur.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, hazırda ARDNF-in investisiyalarının 69,9 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,1 faiz bəndi azdır.
İnvestisiya portfelində avronun payı isə 0,1 faiz bəndi azalaraq 19,4 % olub.
Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı dəyişməyərək 4,8 % səviyyəsində qalıb.
Avstraliya dollarının payı dəyişməyərək 0,6 % səviyyəsində qalıb, türk lirəsinin payı isə 0,4 %-dən 0,3 %-ə düşüb.
Rusiya rublunun payı 0,3 %-dən 0,2 %-ə, Çin yuanının payı isə 1,3 %-dən 1 %-ə düşüb.
Həmçinin, 2023-ci ilin 3 ayında yapon yeninin payı 1,1 %-dən 1,4 %-ə, digər xarici valyutaların payı isə 2 %-dən 2,4-ə qalxıb.