ARDNF-in investisiya portfelində dolların payı azalıb, avronun payı artıb

Maliyyə
  • 19 yanvar, 2023
  • 05:31
ARDNF-in investisiya portfelində dolların payı azalıb, avronun payı artıb

2022-ci ilin yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri demək olar ki, onun aktivləri qədər - 49 033,56 milyon ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin yekunu ilə müqayisədə 8,9 % çoxdur.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, ARDNF-in investisiyalarının 68,6 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 0,4 faiz bəndi azdır.

Son 1 ildə investisiya portfelində avronun payı isə 0,9 faiz bəndi artaraq 19,5 %-dən 20,4 %-ə çatıb.

Hesabat dövründə investisiya portfelində ingilis funt sterlinqinin payı da 0,1 faiz bəndi artaraq 5,1 %-dən 5,2 %-ə yüksəlib.

Avstraliya dollarının və türk lirəsinin payları dəyişməyərək müvafiq olaraq 0,6 % və 0,4 % qalıb.

Rusiya rublunun payı 0,6 %-dən 0,3 %-ə, Çin yuanının payı 1,3 %-dən 1,1 %-ə düşüb, yapon yeninin payı isə 1,4 %-dən 1,3 %-ə düşüb, digər xarici valyutaların payı isə dəyişməyərək 2,1 % qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti