ARDNF-in investisiya portfelində dolların payı 68%-i keçib

ARDNF-in investisiya portfelində dolların payı 68%-i keçib Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 42 636,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% çoxdur.
Maliyyə
16 İyul , 2020 12:18
ARDNF-in investisiya portfelində dolların payı 68%-i keçib
Report

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 42 636,7 milyon ABŞ dolları təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% çoxdur.

"Report" bu barədə Fonda istinadən xəbər verir. 

Hesabat tarixinə ARDNF-in investisiyalarının 68,4%-i ABŞ dollarında yerləşdirilib. Bu, illik müqayisədə 13,8 faiz bəndi çoxdur. Əvəzində Fond investisiya portfelində avronun payını 34,1%-dən 20,3%-ə endirib, ingilis funt sterlinqinin payını isə 4,6%-dən 4,9%-ə qaldırıb.  

İyunun sonuna portfeldə Avstraliya dollarının payı 0,5% (0,1 faiz bəndi az), türk lirəsinin payı 0,7% (sabit), rus rublunun payı 0,6% (0,1 faiz bəndi az), Koreya vonunun payı 0,5% (0,1 faiz bəndi çox), Çin yuanının payı 1,2% (sabit), yapon yeninin payı 1,5% (0,1 faiz bəndi az), digər xarici valyutaların payı isə 1,4% (0,1 faiz bəndi az) təşkil edib. 

İl ərzində ARDNF-in istiqrazlar və digər pul bazarı alətləri üzrə investisiyalarının xüsusi çəkisi 4,3 faiz bəndi azalaraq 66,8%-ə düşüb. Əvəzində Fond investisiya portfelində səhmlərin payını 13,3%-dən 13,7%-ə, daşınmaz əmlakın payını 5,3%-dən 5,9%-ə, qızılın payını isə 10,3%-dən 13,6%-ə dəyişib. 

İyulun 1-nə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 58,3%-i AAA reytinqli olub. Bu, 1 il əvvələ nisbətən 26,9 faiz bəndi çoxdur. Əvəzində Fond AA reytinqi alətlərin xüsusi çəkisini 21,1%-dən 11,1%-ə, A reytinqi alətlərin xüsusi çəkisini 37,8%-dən 21,3%-ə, BBB reytinqli alətlərin xüsusi çəkisini 8,5%-dən 7,9%-ə endirib, qeyri-investisiya dərəcəli alətlərin xüsusi çəkisini isə 1,2%-dən 1,4%-ə qaldırıb.  

Hesabat tarixinə ARDNF-in investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 33,2%-i 1 ilə qədər, 31,9%-i 1 ildən 3 ilə qədər, 20,9%-i 3 ildən 5 ilə qədər, 14%-i isə 5 ildən artıq müddətə yerləşdirilib. Bu rəqəmlər 1 il bundan əvvəl müvafiq olaraq 33,1%, 43,3%, 12,2% və 11,4% təşkil edib. 

İyunun sonuna Fondun investisiyalarında Avropa ölkələrinin payı 29,3%, Asiya-Sakit Okean regionu ölkələrinin payı isə 35,5% təşkil edib. Bu rəqəmlər ötən il iyunun sonuna müvafiq olaraq 37,5% və 33% olub. Digər regionlardan Şimali Amerikanın payı 19,9%-dən 27,1%-ə, Avstraliya və Yeni Zelandiyanın payı 2,2%-dən 1,1%-ə, beynəlxalq maliyyə təşkilatlarının payı 6,6%-dən 6,2%-ə dəyişib, Yaxın Şərq və Cənubi Amerika regionlarının payı isə demək olar ki, dəyişməyərək 0,7% və 0,1% qalıb. 

Rüb ərzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 63,3%-dən 60,4%-ə düşüb, inkişaf etməkdə olan ölkələrin payı isə 30,1%-dən 33,5%-ə qalxıb, beynəlxalq qurumların payı isə bir qədər əvvəl deyildiyi kimi 6,6%-dən 6,2%-ə dəyişib.

Son xəbərlər

Orphus sistemi