Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya qoyduğu istiqrazlar və digər pul bazarı alətlərinin 38%-i bir ilə qədər, 25,7%-i bir ildən 3 ilə qədər, 22,6%-i 3 ildən 5 ilə qədər, 13,7%-i isə 5 ildən artıq müddətə yerləşdirilib.
"Report"un məlumatına görə, bu barədə Fondun yaydığı hesabatda deyilir.
Hesabata əsasən, bu rəqəmlər bir il bundan əvvəl müvafiq olaraq 37,8%, 29%, 20,3% və 12,9% təşkil edib.
Bu ilin aprelin əvvəlinə Fondun investisiyalarında Avropa ölkələrinin payı 29%, Asiya-Sakit Okean regionu ölkələrinin payı isə 23,8% təşkil edib. Bu rəqəmlər daha əvvəlki ilin sonuna müvafiq olaraq 33,16% və 33,06% olub.
Digər regionlardan Şimali Amerikanın payı 27,22%-dən 25,89%-ə düşüb, Avstraliya və Yeni Zelandiyanın payı 1,09%-dən 1,14%-ə dəyişib, Yaxın Şərq regionunun payı 0,74%-dən 1,29%-ə azalıb, Cənubi Amerika regionunun payı isə 0,5%-dən 0,4%-ə düşüb.
2021-ci İlin yanvar-mart ayları əzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 63,93%-dən 59,47%-ə, inkişaf etməkdə olan ölkələrin payı isə 31,39%-dən 21,7%-ə düşüb.
Bu ilin ilk üç ayı ərzində ARDNF-in investisiya portfelində beynəlxalq maliyyə təşkilatlarının payı 4,68% bəndindən 5,98%-ə qalxıb.