ARDNF-in investisiya portfelində ABŞ dollarının payı 71%-ə çatıb
- 19 iyul, 2022
- 05:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelinin dəyəri onun aktivləri qədər - 45,307 milyard ABŞ dolları təşkil edib. Bu da ötən il iyulun 1-i ilə müqayisədə 2,7 % çoxdur.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Fondun investisiyalarının 71 %-i ABŞ dollarındadır. Bu isə 1 il əvvələ nisbətən 2,4 faiz bəndi çoxdur.
Hesabat dövründə investisiya portfelində avronun payı 19,9 %-dən 18,6 %-ə, ingilis funt sterlinqinin payı 4,9 %-dən 4,8 %-ə düşüb.
Bundan başqa, Avstraliya dollarının payı dəyişməyərək 0,6 % səviyyəsində qalıb, türk lirəsinin payı 0,6 %-dən 0,4 %-ə, Rusiya rublunun payı 0,7 %-dən 0,4 %-ə, Çin yuanının payı 1,3 %-dən 1,2%-ə, yapon yeninin payı 1,4 %-dən 1,1 %-ə, digər xarici valyutaların payı isə 2 %-dan 1,9 %-ə düşüb.