ARDNF-in aktivləri 44 milyard dolları keçib

ARDNF-in aktivləri 44 milyard dolları keçib Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 886,1 milyon manat təşkil edib.
Maliyyə
27 İyul , 2021 12:39
ARDNF-in aktivləri 44 milyard dolları keçib

Bu ilin I yarısında Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6 886,1 milyon manat təşkil edib.

"Report" bu barədə ARDNF-ə istinadən xəbər verir.

Məlumata görə, bunun 4 959,1 milyon manatı neft-qaz sazişlərinin həyata keçirilməsindən əldə olunub. O cümlədən Fond mənfəət nefti və qazının satışından 4 175 milyon manat, bonus ödənişlərindən 768,6 milyon manat, tranzitdən 10,8 milyon manat, akrhesabı ödənişlərdən isə 4,7 milyon manat gəlir əldə edib. Qurum vəsaitinin idarə olunmasından isə 1 927 milyon qazanıb.

Hesabat dövründə ARDNF-in büdcə xərcləri isə 4 708,7 milyon manat təşkil edib. Bunun isə 4 696,7 milyon manatı dövlət büdcəsinə transfertlərdir. Bundan başqa, Fond “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1,4 milyon manat yönəldib. Qurum idarə edilməsinə isə 10,6 milyon manat xərcləyib.

Həmçinin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin 1 258,2 milyon manat büdcədənkənar xərcləri olub.

Bu il iyulun 1-nə ARDNF-in aktivləri 44 104,9 milyon ABŞ dolları təşkilo edib ki, bu da ilin əvvəlinə nisbətən 1,2% çoxdur. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. 6 ay ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi