Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən valyuta hərracına 100 mln. ABŞ dolları məbləğində vəsait çıxarılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı əsasən valyuta hərracına 50 mln. ABŞ dolları çıxarsa da, son hərracda bu rəqəm 200 mln. dollara yüksəldilib.
"Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, çıxarılan məbləğin normal hərraclarla müqayisədə 2 dəfə artırılması Azərbaycan Mərkəzi Bankının (AMB) dolların məzənnəsinin aşağı salmaq istəməsi ilə əsaslandırılır. "Report" analitik qrupu hərracda dolların məzənnəsinin 0,2% və ya 0,0031 manat artırıla biləcəyini, amma nağd valyuta bazarında məzənnənin 1,55 AZN/USD səviyyəsinə və hətta bir qədər də aşağı geriləyə biləcəyini proqnozlaşdırır. Başqa sözlə, rəsmi məzənnənin iyulun 15-nə 1,56 səviyyəsini keçməsi gözlənilir.