ARDNF gömrük brokeri seçir

ARDNF gömrük brokeri seçir Tenderin nəticəsi aprelin 15-i saat 10:00-da Portalda açıqlanacaq
Maliyyə
9 Mart , 2021 17:19
ARDNF gömrük brokeri seçir

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) müxtəlif rüsum və ödənclərlə bağlı gömrük xidmətlərinin satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 20 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 6-sı saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 14-ü saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portlalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş mütəxəsssisi Tural Sadıqovdur. Telefon (012) 498-77-53 (daxili 1008).

Tenderin nəticəsi aprelin 15-i saat 10:00-da Portalda açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi