Azərbaycanın 2024-cü il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 781 milyon manat nəzərdə tutulub.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,9 % çoxdur.
ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,9 %-i qədərdir.
2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulan 5 milyard 640 milyon manat məbləğində transfertə qarşı 2 milyard 661 milyon manat məbləğində transfert daxil olub. Hesabat dövründə Neft Fondundan cari ilin birinci yarımilliyi üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 2 milyard 979 milyon manat və ya 52,8 % az istifadə olunmasına imkan verib.