ARDNF Cənubi Koreyadakı daşınmaz əmlakını satıb

ARDNF Cənubi Koreyadakı daşınmaz əmlakını satıb Dövlət Neft Fondu (ARDNF) investisiya portfelindən Cənubi Koreya vonunu çıxarmasına aydınlıq gətirib.
Maliyyə
751
3 Noyabr , 2020 14:14
ARDNF Cənubi Koreyadakı daşınmaz əmlakını satıb

Dövlət Neft Fondu (ARDNF) investisiya portfelindən Cənubi Koreya vonunu çıxarmasına aydınlıq gətirib.

Fonddan "Report"a verilən məlumata görə, bu, Seul şəhərinin mərkəzi-biznes ərazisində yerləşən 25 mərtəbəli, ofis tipli Payn Avenyu A Qülləsinin 521,5 milyard Koreya vonu müqabilində binanın əsas icarəçisi olan “Shinhan Card” şirkətinə satılması ilə bağlıdır.

ARDNF 2011-ci ildə tikintisi başa çatmış həmin daşınmaz əmlakı 2014-cü ilin mart ayında 470 milyard Koreya vonu ödəməklə satın alıb. Əmlakda icarəyə verilmə həcmləri üzrə müvafiq göstəricilər yuxarı olub və alınma tarixindən Fond sözügedən investisiyadan sabit icarə gəlirləri əldə edib. İcarə üzrə gəlirlilik 31,4%, qiymət artımı üzrə gəlirlilik 4,8% olmaqla ümumi gəlirlilik 36,2% olub.

“Müasir standartlara cavab verən, əlverişli şərtlərlə alınmış Payn Avenyu A Qülləsi bizim üçün daşınmaz əmlak bazarındakı inkişaf perspektivlərindən yararlanmaq istiqamətində mühüm fürsət idi. Binanın uğurlu satışı bu strategiyanın doğruluğunu sübut etdi, müvafiq risk səviyyəsinə uyğun yüksək gəlirlilik əldə olundu. Bununla yanaşı, Payn Avenyu A Qülləsinin satışı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar yaranmış çətin vəziyyətə baxmayaraq, daşınmaz əmlak bazarının nə qədər dayanıqlı olmasını nümayiş etdirir. Bu aktivin satışı eyni zamanda ARDNF-in əsasən daşınmaz əmlaka investisiya qoyan pay fondlarına yatırımlara söykənən yeni strategiyası ilə uyğunluq təşkil edir", - deyə ARDNF-in İcraçı direktoru İsrafil Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi