ARDNF Avropaya yatırdığı investisiyanı azaldıb

Maliyyə
  • 19 aprel, 2022
  • 06:41
ARDNF Avropaya yatırdığı investisiyanı azaldıb

2022-ci ilin birinci rübünün yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Avropa ölkələrinin payı 28 % təşkil edib ki, bu da 2021-ci ilin ilk rübünün yekunu ilə müqayisədə 1 faiz bəndi azdır.

"Report" bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində Asiya-Sakit Okean regionu ölkələrinin payı 23,8 %-dən 21,1 %-ə azalıb.

Bu ilin ilk rübündə Fondun investisiya portfeli Şimali Amerika regionunun payı 25,89 %-dən 28,9 %-ə artıb, Avstraliya və Yeni Zelandiya regionunun payı 1,14 %-dan 0,8 %-ə azalıb.

Həmçinin, Yaxın Şərq regionunun payı 1,29 %-dən 0,6 %-ə enib, Cənubi Amerika regionunun payı isə 0,04 %-dən 0,1 %-ə artıb. Bundan başqa, Afrika regionunun investisiyalarda payı (0,1 %) dəyişməyib.

Bu ilin ilk rübündə ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 59,47 %-dən 57,7 %-ə düşüb, inkişaf etməkdə olan ölkələrin payı 21,7 %-dən 21,9 %-ə qalxıb, beynəlxalq maliyyə təşkilatlarının payı isə 5,98 %-dən 6,5 %-ə yüksəlib.

Qalan 13,9 %-lik pay isə qızıla aiddir. 1 il əvvəl birinci rübün sonuna bu rəqəm 12,9 % təşkil edib.