ARDNF Avropadakı investisiyalarının payını cüzi azaldıb

Maliyyə
  • 18 iyul, 2023
  • 14:05
ARDNF Avropadakı investisiyalarının payını cüzi azaldıb

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 28,1 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı isə 15,2 % təşkil edib.

"Report" Fonda istinadən xəbər verir ki, bu rəqəmlər 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 28,6 % və 20,4 % olub.

Digər regionlardan Şimali Amerikanın payı 30,1 %-dən 37,1 %-ə, Yaxın Şərq regionunun payı 0,6 %-dən 0,3 %-ə dəyişib, Avstraliya və Yeni Zelandiyanın payı dəyişməyərək 0,6 %, Cənubi Amerika regionunun isə 0,1 % səviyyəsində qalıb.

İl ərzində ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 59,4 %-dən 66,5 %-ə qalxıb, inkişaf etməkdə olan ölkələrin payı isə 21 %-dən 15 %-ə düşüb, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,4 %-dən 7,1 %-ə dəyişib. Qalan 11,5 %-lik pay isə qızıla aiddir. 1 il əvvəl onun payı 13,1 % təşkil edib.

44 - Tezliklə