ARDNF Avropadakı investisiyalarının payını artırıb
- 18 aprel, 2023
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 28,7 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı isə 15,1 % təşkil edib.
"Report" Fonda istinadən xəbər verir ki, bu rəqəmlər ötən il aprelin 1-nə müvafiq olaraq 28 % və 21,1 % olub.
Digər regionlardan Şimali Amerikanın payı 28,9 %-dən 35,8 %-ə, Avstraliya və Yeni Zelandiyanın payı 0,8 %-dan 0,6 %-ə, Yaxın Şərq regionunun payı 0,6 %-dən 0,3 %-ə dəyişib, Cənubi Amerika regionunun payı isə dəyişməyərək 0,1 % qalıb.
İl ərzində RDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 57,7 %-dən 65,4 %-ə qalxıb, inkişaf etməkdə olan ölkələrin payı isə 21,9 %-dan 15,2 %-ə düşüb, beynəlxalq maliyyə təşkilatlarının payı isə 6,5 %-dən 7,3 %-ə dəyişib. Qalan 12,1 %-lik pay isə qızıla aiddir. 1 il əvvəl onun payı 13,9 % təşkil edib.