ARDNF Avropada investisiyalarının payını artırıb
- 22 aprel, 2024
- 14:38
Bu ilin birinci rübünün sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiyalarında Avropa ölkələrinin payı 30,3 %, Asiya-Sakit Okean regionu ölkələrinin payı 14,4 % olub.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Bu gösəricilər 2023-ci ilin eyni dövründə müvafiq olaraq 28,7 % və 15,1 % təşkil edib.
Digər regionlardan Şimali Amerikanın payı 35,8 %-dən 33,1 %-ə azalıb, Avstraliya və Yeni Zelandiyanın payı 0,6 %-dan 0,7 %-ə artıb.
Bu müddət ərzində Yaxın Şərq regionunun payı 0,3 %-dən 0,1 %-ə dəyişib, Cənubi Amerika regionunun payı isə dəyişməyərək 0,1 % səviyyəsində qalıb.
Bu ilin birinci rübünün sonuna ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 65,4 %-dən 65 %-ə enib.
Bu müddət ərzində inkişaf etməkdə olan ölkələrin payı isə 15,2 %-dan 13,8 %-ə enib, beynəlxalq maliyyə təşkilatlarının payı isə 7,35 %-dən 8 %-ə yüksəlib.
Qalan 13,2 %-lik pay isə qızıla aiddir. Bir il öncə bu rəqəm 12,1 % təşkil edib.