ARDNF Afrikaya investisiya qoymağa başlayıb
- 19 yanvar, 2022
- 07:30
2021-ci ilin yekununda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Avropa ölkələrinin payı 28,2 % təşkil edib ki, bu da 2020-ci ilin yekunu ilə müqayisədə 1,06 aiz bənd azdır.
"Report" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, il ərzində Asiya-Sakit Okean regionu ölkələrinin payı 23,48%-dən 21,6 %-ə, Şimali Amerika regionunun payı 24,96 %-dən 29,3 %-ə, Avstraliya və Yeni Zelandiya regionunun payı 1,16 %-dan 1%-ə, Yaxın Şərq regionunun payı 1,09 %-dən 0,7 %-ə, Cənubi Amerika regionunun payı isə 0,04 %-dən 0,1 %-ə dəyişib. Bundan başqa, Afrika regionunun investisiyalarda 0,1% payı formalaşıb.
Ötən il ARDNF-in investisiyalarında inkişaf etmiş ölkələrin payı 59,26 %-dən 60,6%-ə qalxıb, inkişaf etməkdə olan ölkələrin payı 20,73 %-dən 20,3 %-ə düşüb, beynəlxalq maliyyə təşkilatlarının payı isə 5,85 %-dən 6 %-ə dəyişib.
Qalan 13,1 %-lik pay isə qızıla aiddir. 1 il əvvəl bu rəqəm 14,16 % təşkil edib.