ARDNF Afrika bazarından çıxıb

Maliyyə
  • 28 yanvar, 2025
  • 14:52
ARDNF Afrika bazarından çıxıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində Avropa ölkələrinin payı 30,7 % olub.

Bu barədə "Report" Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,2 faiz bəndi çoxdur.

Hesabat dövründə portfeldə Asiya-Sakit Okean regionu ölkələrinin payı 12,9 % olub ki, bu da bir il əvvəlki göstəriciyə nisbətən 1,9 faiz bəndi azdır.

Digər regionlardan Şimali Amerikanın payı 32,7 %-dən 28 %-ə, Afrikanın payı 0,1 %-dən 0 %-ə, beynəlxalq maliyyə təşkilatlarının payı 8,8 %-dən 6,4 %-ə düşüb, Avstraliya və Yeni Zelandiyanın payı 0,7 %, Latın Amerikasının payı 0,1 % qalıb, Yaxın Şərqin payı 0,3 faiz bəndi artaraq 0,6 %-ə, qızılın payı isə 12 %-dən 20,6 %-ə çatıb.

Portfeldə inkişaf etmiş ölkələrin payı 64,8 %-dən 61 %-ə, inkişaf etməkdə olan ölkələrin payı isə 14,4 %-dən 12 %-ə düşüb.