"Aqroservis"in nizamnamə kapitalı 15 milyon manat artırılıb

"Aqroservis"in nizamnamə kapitalı 15 milyon manat artırılıb Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin nizamnamə kapitalı 14 993 698 manat və yaxud 4,3 % artırılaraq 351 599 098 manatdan 366 592 796 manata çatdırılıb.
Maliyyə
27 Dekabr , 2024 17:36
Aqroservisin nizamnamə kapitalı 15 milyon manat artırılıb

Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC-nin nizamnamə kapitalı 14 993 698 manat və yaxud 4,3 % artırılaraq 351 599 098 manatdan 366 592 796 manata çatdırılıb.

"Report"un əldə etdiyi məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 2 manat olan 7 496 849 ədəd yeni səhm buraxılacaq.

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

Son xəbərlər

Orphus sistemi