“Aqrolizinq”də keçirilmiş auditin nəticələri açıqlanıb

“Aqrolizinq”də keçirilmiş auditin nəticələri açıqlanıb Müəyyən edilib ki, şirkət tərəfindən xərclər smetası ümumilikdə qənaətlə icra edilib
Maliyyə
31 Mart , 2017 18:08
“Aqrolizinq”də keçirilmiş auditin nəticələri açıqlanıb
courtesy image

Bakı. 31 mart. REPORT.AZ/ Hesablama Palatasının kollegiya iclasında "Aqrolizinq" ASC və tabeli müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinə dair auditin nəticələri haqqında Hesabat təsdiq olunub.

"Report"un Hesablama Palatasına istinadən verdiyi xəbərə görə, audit ASC-nin 2014-2015-ci illər və 2016-cı ilin 6 ayı ərzində fəaliyyətini və ümumilikdə 246,2 mln. manat məbləğində vəsaiti əhatə edib. Müəyyən edilib ki, ASC tərəfindən xərclər smetası ümumilikdə qənaətlə icra edilsə də, bəzi istiqamətlər üzrə 2014-cü ildə artıq xərclərə yol verilib.

Müəyyən edilib ki, kənd təsərrüfatı texnikaları üçün 2014-2016-cı illərdə alınmış ehtiyat hissələrinin rayon bölmələrinə və kənar şəxslərə verildiyi rəsmiləşdirilsə də, onların dəyəri ASC-nin istifadəsində olan texnikaların qalıq dəyərinə əlavə edilməyib.

Auditlə əhatə olunan dövrdə lizinq müqaviləsi üzrə borc öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən 8 hüquqi və fiziki şəxsdən ASC-nin müvafiq əmrlərinə əsasən lizinqə götürəndən geri alınmış 9 texnoloji avadanlıq üzrə borc qalığının alınması, həmçinin lizinq məqsədi ilə 2 halda alınmış texnoloji avadanlığın lizinqə verilməsi təmin edilməyib.

Son xəbərlər

Orphus sistemi