“Aqrarkredit”in kredit portfelində 89 milyon manatdan çox qalığ yaranıb

“Aqrarkredit”in kredit portfelində 89 milyon manatdan çox qalığ yaranıb Respublika üzrə ümumi kredit qoyuluşunda QSC-nin bazar payı 0,65 %, bank olmayan kredit təşkilatları arasında isə bu rəqəm 25 % təşkil edib
Maliyyə
24 Aprel , 2021 10:04
 “Aqrarkredit”in  kredit portfelində 89 milyon manatdan çox qalığ yaranıb

Bu il aprelin 1-nə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) ümumilikdə 36 mindən artıq biznes layihəsi üzrə 400 milyon manatdan çox kredit xidməti göstərib.

“Report” xəbər veirr ki, bunu BOKT-un İdarə Heyətinin sədri Məmməd Musayev deyib.

Onun sözlərinə görə, mart ayının sonuna “Aqrarkredit”in kredit portfelinin qalığı 89,5 milyon manat təşkil edib:

“Bu il yanvarın 1-nə Respublika üzrə ümumi kredit qoyuluşunda QSC-nin bazar payı 0,65 %, bank olmayan kredit təşkilatları arasında isə bu rəqəm 25 % təşkil edib”.

O bildirib ki, “Aqrarkredit” 2004-cü ildən indiyə qədər müvvəkkil kredit təşkilatı seçildiyi Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən 4 193 kiçik, orta və iri sahibkarlıq subyektinə 59,9 milyon manat güzəştli şərtlərlə kredit verib.

Bundan başqa, BOKT Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) vəsaitləri hesabaına indiyədək 209 sahibkarlıq subyektinə 8 milyon manat güzəştli kredit verilib.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milyon manatdır. BOKT 100 % dövlətə məxsusdur.

Son xəbərlər

Orphus sistemi