“Aqrarkredit” BOKT-un borc portfelinin 72%-i öz vəsaiti hesabına formalaşıb

“Aqrarkredit” BOKT-un borc portfelinin 72%-i öz vəsaiti hesabına formalaşıb Ötən ilin sonuna “Aqrarkredit”in vaxtı keçmiş kreditlərinin borc portfelindəki xüsusi çəkisi 6,2 % olub
Maliyyə
25 Fevral , 2021 16:54
“Aqrarkredit” BOKT-un borc portfelinin 72%-i öz vəsaiti hesabına formalaşıb

Bu il yanvarın 1-nə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) borc portfeli 94,579 milyon manat təşkil edib.

"Report" bu barədə BOKT-a istinadən xəbər verir.

Məlumata görə, bunun 68,454 milyon manatı və yaxud 72,4 %-i BOKT-un öz vəsaiti hesabına, 20,848 milyon manatı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına, 4,567 milyon manatı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına, 710 min manatı isə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) xüsusi layihələri çərçivəsində ayrılmış vəsait hesabına foprmalaşıb.

Ötən ilin sonuna “Aqrarkredit”in vaxtı keçmiş kreditlərinin borc portfelindəki xüsusi çəkisi 6,2 % olub.

BOKT-un kənd təsərrüfatında ticarət, xidmət və s. sahələrə ayrırdığı kreditlərin onun borc portfelindəki xüsusi çəkisi 41,7 % təşkil edib. Növbət yerlərdə 33,3 %-lə aqrar emal sahəsi, 20 %-lə heyvandarlıq sahəsi, 5 %-lə isə bitkiçilik sahəsi qərarlaşıb.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.

Son xəbərlər

Orphus sistemi