“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 867 min manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 41,9% çoxdur.
Ötən il “Aqrarkredit”in vergiyəqədərki mənfəəti 1,212 milyon manat (əvvəlki ilə nisbətən 62,7% çox), mənfəət vergisi ödəmələri isə 346 min manat (2,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Aqrarkredit”in aktivləri 12 229,042 milyon manat olub ki, bu da illik müqayisədə 2,6% azdır. Bunun 73,857 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 6% kiçilib.
Hesabat dövründə “Aqrarkredit”in öhdəlikləri 2,6% azalaraq 12 204,613 milyon manata düşüb, balans kapitalı isə 2,9% artaraq 24,43 milyon manata çatıb.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.