“Aqrarkredit” BOKT-un dividend ödənişi üzrə proqnoz 5 % artırılır

“Aqrarkredit” BOKT-un dividend ödənişi üzrə proqnoz 5 % artırılır “Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2024-cü ildə dövlət büdcəsinə 220 min manat divident ödəməsi nəzərdə tutulur.
Maliyyə
3 Noyabr , 2023 14:10
“Aqrarkredit” BOKT-un dividend ödənişi üzrə proqnoz 5 % artırılır

“Aqrarkredit" QSC bank olmayan kredit təşkilatının (BOKT) 2024-cü ildə dövlət büdcəsinə 220 min manat dividend ödəməsi nəzərdə tutulur.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Sənədə əsasən, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 4,8 % çoxdur.

Rəydə həmçinin deyilir ki, bu ilin yanvar-avqust aylarında kredit təşkilatı 200 min manat dividend ödəyib və proqnozu 95,2 % icra edib.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.

Son xəbərlər

Orphus sistemi