“Aqrarkredit” BOKT-un aktivləri 6 % azalıb

Maliyyə
  • 31 may, 2024
  • 11:14
“Aqrarkredit” BOKT-un aktivləri 6 % azalıb

“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 3,405 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3,2 dəfə çoxdur.

Ötən il “Aqrarkredit”in vergiyəqədərki mənfəəti 4,47 milyon manat (əvvəlki ilə nisbətən 3,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,065 milyon manat (2,75 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Aqrarkredit”in aktivləri 11 346,899 milyon manat olub ki, bu da illik müqayisədə 5,5 % azdır. Bunun 157,32 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 37,6 % böyüyüb.

Hesabat dövründə “Aqrarkredit”in öhdəlikləri 5,6 % azalaraq 11 294,727 milyon manata düşüb, balans kapitalı isə 6,5 % artaraq 52,172 milyon manata çatıb.

Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 45,339 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.