"Aqrarkredit" ABB-nin problemli aktivlərini satmağa hazırlaşır

"Aqrarkredit" ABB-nin problemli aktivlərini satmağa hazırlaşır Aktivlərin qiymətləndirilməsi ilə 9 şirkət məşğul olacaq
Maliyyə
11 Noyabr , 2016 09:57
Aqrarkredit ABB-nin problemli aktivlərini satmağa hazırlaşır

Bakı. 11 noyabr. REPORT.AZ/ "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli aktivlərini satmağa və kənar idarəçilərə verməyə hazırlaşır. Bu barədə "Report" BOKT-a istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli qərarı ilə yaradılmış Müsabiqə Komissiyasının qərarı ilə aktivlərin qiymətləndirilməsi üçün aşağıdakı şirkətlər seçilib:

- "PricewaterhouseCoopers Azerbaijan";

- "Deloitte Azerbaijan";

- "Ernst & Young Azerbaijan";

- "Nexia EA" MMC;

- "RSM Azerbaijan";

- "BDO Azerbaijan";

- "Koneko Group" MMC;

- "Real Prays" MMC;

- "VETO Consulting" MMC.

Müsabiqə Komissiyası, həmçinin satış üçün hərrac təşkilatlarının seçimini başa çatdırıb.

Son xəbərlər

Orphus sistemi