“Aqrarkredit” ABB-dəki payını artırıb

“Aqrarkredit” ABB-dəki payını artırıb Əvəzində qeyri-dövlət müəssisələri və fiziki şəxslərin bankdakı payı azalıb
Maliyyə
16 Yanvar , 2017 15:42
“Aqrarkredit” ABB-dəki payını artırıb

Bakı. 16 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) Bankdakı payını artırıb. Bu barədə “Report” ABB-yə istinadən xəbər verir.

Məlumata görə, hazırda BOKT Bankın səhmlərinin 28,18%-nə nəzarət edir. İndiyə qədər bu nisbət 27,26% olub.

Maliyyə Nazirliyi əvvəlki qaydada ABB-də 54,96% paya malikdir, 12 qeyri-dövlət müəssisəsi və 1 761 fiziki şəxsin Bankdakı payı isə 17,78%-dən 16,86%-ə düşüb.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi