“Aqrar Tədarük və Təchizat” sığortaçı seçir

“Aqrar Tədarük və Təchizat” sığortaçı seçir Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC işçilərinin könüllü tibbi sığortası üzrə açıq tender elan edib.
Maliyyə
1 Oktyabr , 2019 12:02
“Aqrar Tədarük və Təchizat” sığortaçı seçir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC işçilərinin könüllü tibbi sığortası üzrə açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 18-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 28-nə qədər e-tender.gov.az – dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə səhmdar cəmiyyətinə təqdim etməlidirlər.

Təkliflərə oktyabrın 29-da, saat 15:00-da baxılacaq və nəticə sözügedən portal vasitəsilə açıqlanacaq.

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” 2016-cı ildən fəaliyyət göstərən “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 milyon manatdır. 

Son xəbərlər

Orphus sistemi