“Aqrar Tədarük və Təchizat” auditor seçir

“Aqrar Tədarük və Təchizat” auditor seçir Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2023-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğunluğunun auditi və müstəqil audit rəyinin verilməsi xidməti üçün açıq ten
Maliyyə
15 Aprel , 2024 15:31
“Aqrar Tədarük və Təchizat” auditor seçir

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 57 manatdır.

İddiaçılar təkliflərini mayın 7-nə qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu, 57 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə mayın 7-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi