“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” səhmdarlarına hesabat verəcək

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” səhmdarlarına hesabat verəcək Martın 30-da, saat 10:00-da “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Maliyyə
23 Fevral , 2021 09:53
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” səhmdarlarına hesabat verəcək

Martın 30-da, saat 10:00-da “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq “Zoom” proqramı vasitəsi ilə onlayn olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatıdır. Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi