"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" aktiv fəaliyyətə keçib

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" aktiv fəaliyyətə keçib Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatı - “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ötən ilin dekabr ayından aktiv fəaliyyətə keçib.
Maliyyə
27 Yanvar , 2021 10:04
Aqrar Sığorta Müştərək Sığorta Şirkəti aktiv fəaliyyətə keçib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatı - “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC ötən ilin dekabr ayından aktiv fəaliyyətə keçib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, şirkət ötən ay kənd təsərrüfatı istehsalçılarından 18 min manat sığorta haqqı toplayıb. Ay ərzində maliyyə qurumunun sığorta ödənişləri olmayıb.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ötən ilin avqust ayında yaradılıb. Onun nizamnamə kapitalı 2 187 500 manatdır. Şirkətin səhmdarları hər biri 14,3% payla 7 yerli sığorta şirkəti - "PAŞA Sığorta", "Qala Sığorta", "Meqa Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Azsığorta" və "Bakı Sığorta" ASC-lərdir.

Maliyyə qurumu sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyata keçirir. Onun təsisçiləri isə aqrar sığorta sistemində vasitəçi kimi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi