Aqrar Sığorta Fonduna müraciətlərin sayı 40 %-dən çox artıb

Aqrar Sığorta Fonduna müraciətlərin sayı 40 %-dən çox artıb azırda Fond tərəfindən 2023-2024-cü əkin ili üzrə taxıllar üzrə biçin dövrü avqustda yekunlaşdığı üçün artıq sentyabrda dəymiş zərərin hesablanmasına başlanılıb
Maliyyə
16 Oktyabr , 2024 13:29
Aqrar Sığorta Fonduna müraciətlərin sayı 40 %-dən çox artıb

Bu il Aqrar Sığorta Fonduna müraciətlərin sayı 42 % artıb.

"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.

Onun sözlərinə görə, bu il ötən illə müqayisədə Fonda daxil olan müraciətlərdə kəskin artım var: “Bu il Fonda 1,7 minə yaxın müraciət olunub. Müraciətlərin bir çoxu fırtına, dolu, sel, subasma və leysan kimi riskləri əhatə edib”.

O qeyd edib ki, ümumilikdə 140 min hektar əraziyə zərər dəyməsi ilə bağlı ASF-ə məlumat daxil olub: “Hazırda Fond tərəfindən 2023-2024-cü əkin ili üzrə taxıllar üzrə biçin dövrü avqustda yekunlaşdığı üçün artıq sentyabrda dəymiş zərərin hesablanmasına başlanılıb. Pambıq bitkisi üzə isə biçin mövsümü bitən kimi yaxın vaxtlarda dəymiş zərərin hesablanmasına başlanılacaq”.

Son xəbərlər

Orphus sistemi